Ukrayna Kiyevə Rusiyanın gecə hücumu ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir

2026/05/1779685714.jpg
Oxunub: 353     09:10     25 May 2026    
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” sosial şəbəkəsində bildirib ki, Kiyev Ukrayna paytaxtına Rusiyanın kütləvi raket hücumundan sonra BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsinə təşəbbüs göstərir.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Ukrayna XİN rəhbərinin sözlərinə görə, beynəlxalq təşkilatlar yanında fəaliyyət göstərən Ukrayna diplomatik nümayəndəliklərinə hücuma cavab vermək üçün “bütün çoxtərəfli alətlərdən” istifadə etmək tapşırılıb.

Ukrayna həmçinin ATƏT Təhlükəsizlik Əməkdaşlığı Forumunun və ATƏT Daimi Şurasının birgə iclasının keçirilməsini istəyib. Sibiqa Rusiyanın hücumunu “barbar hücum” adlandıraraq bildirib ki, Moskva “hərbi uğursuzluqları mülki əhaliyə qarşı terrorla kompensasiya etməyə çalışır”.

Nazir iddia edib ki, Rusiya zərbələri yaşayış binaları, məktəblər, muzeylər və həyati əhəmiyyətli infrastruktur obyektlərinə yönəlib. Bundan əlavə, o, Rusiyanı orta mənzilli ballistik raketlərdən istifadə etməklə “dünyanı qorxutmağa çalışmaqda” ittiham edib.

Ukrayna XİN rəhbəri beynəlxalq ictimaiyyəti Rusiyanı cilovlamağa və onu “hərtərəfli, ədalətli və davamlı sülhə” məcbur etməyə yönəlmiş “qətiyyətli və koordinasiyalı addımlar” atmağa çağırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin