Ordu.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın ev sahibliyi etdiyi 5 iyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunan tədbirə videomüraciətində deyib.
Onun sözlərinə görə, yerli əhali davamlı şəhər inkişafının əsas sütunu kimi mənzil məsələsini önə çıxarır və inklüziv, əlçatan, iqtisadi baxımdan sərfəli və yerli şəraitə uyğun həllərə doğru çağırışı edir:
"Bu yanaşma təbiətə əsaslanan həllərə yeni öhdəlik, daha yaşıl şəhər məkanları üçün sağlam ekosistemlərin yaradılması və dayanıqlığın gücləndirilməsini tələb edir. Beləliklə, insan məskənləri təkcə ətraf mühitə təsiri azaltmır, həm də dayanıqlı icmalar qurur".
Ordu.az