Tramp Xameneyini tərifləyib

2026/06/1780636972.jpg
Oxunub: 206     13:02     05 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp razılaşma əldə olunacağı təqdirdə İranın Ali Rəhbəri Müctəba Xameneyi ilə görüş ehtimalını istisna etməyib. Respublikaçı siyasətçi belə bir təması arzulamadığını bildirsə də, bunun onun üçün “şərəf” olacağını qeyd edib.

Ordu.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“Mən görüşmək istəmirəm, amma əgər görüşsəm, bu mənim üçün şərəf olardı. Razılaşma əldə edə biləcəyimizi görmək istərdim. Əgər razılaşma baş tutsa, bəlkə də onunla görüşdüm”, – deyə o bildirib.

Tramp əlavə edib ki, özünü İranın Ali Liderinin “sevimli adamı” hesab etmir. Bununla belə, o, Xameneyini “peşəkar” adlandırıb və bəzi dairələrdə onun “yaxşı nüfuza” malik olduğunu vurğulayıb.

Qeyd edək ki, Müctəba Xameneyi atası Ayətullah Əli Xameneyinin ABŞ və İsrailin zərbələri nəticəsində fevralın 28-də həlak olmasından sonra İranın Ali Rəhbəri vəzifəsini tutub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Xameneyi  


Bizi "telegram"da izləyin