Ordu.az xəbər verir ki, bu barədə “Zman Yisrael” nəşri məlumat yayıb.
500 nəfər arasında keçirilən sorğunun nəticələrinə əsasən, anti-Netanyahu düşərgəsi 120 yerlik Knessetdə 62 mandat qazana bilər.
Bu ittifaqa Benni Qants və Qadi Ayzenkotun rəhbərlik etdiyi partiyalar daxildir. Qantsın “Kahol-Lavan” (“Mavi və Ağ”) partiyası seçki baryerini keçərək 4 mandat əldə edir.
Araşdırmaya görə, hazırda Netanyahunun koalisiyasına daxil olan partiyalar ümumilikdə 50 yer qazanır. Daha 8 mandat isə ərəb mənşəli iki partiya, yəni “Raam” və “Hadaş-Ta’al” arasında bölüşdürülür.
Ən yüksək dəstəyi Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası alır. Sorğuya əsasən, partiya 23 mandat qazana bilər. İkinci yerdə Naftali Bennettin rəhbərlik etdiyi “Birlikdə” partiyası qərarlaşıb. Həmin siyasi qüvvənin 21 mandat əldə edəcəyi proqnozlaşdırılır.
Qadi Ayzenkotun rəhbərlik etdiyi “Yaşar” partiyası isə 19 mandat qazanaraq müxalifət düşərgəsinin əsas qüvvəsi statusu uğrunda Benettlə arasındakı fərqi azaltmağa davam edir.
Sorğu göstərib ki, ərəb partiyaları vahid siyahı ilə seçkilərə qatılsalar, 13 mandat əldə edə bilərlər. Bu halda anti-Netanyahu sionist ittifaqının mandat sayı 59-a, Netanyahunu dəstəkləyən düşərgənin göstəricisi isə 48-ə enəcək.
İsraildə növbəti parlament seçkilərinin ən geci oktyabrın 27-dək keçirilməsi nəzərdə tutulur. Bununla belə, səsvermənin daha erkən tarixdə keçirilməsi də istisna edilmir.
Sevinc Əliyeva
Ordu.az