Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, yeni məhdudiyyətlərin qüvvəyə minməsindən sonra bir sıra Avropa şirkətləri Kubadakı fəaliyyətlərini azaltmağa və ya tamamilə dayandırmağa başlayıblar.
Məlumata əsasən, İspaniyanın “Iberostar” və “Melia” hotel şəbəkələri adadakı bir neçə obyektin idarə olunmasından imtina ediblər.
Bundan başqa, Fransanın CMA CGM və Almaniyanın “Hapag-Lloyd” nəqliyyat şirkətləri Kuba limanlarına və əks istiqamətdə daşımaları dayandırıblar.
“Politico” qeyd edir ki, yeni sanksiyalar Kubanın GAESA (Grupo de Administración Empresarial S.A.) konqlomeratı ilə əməkdaşlıq edən şirkətləri hədəf alır.
Aktivlərin dondurulması və ABŞ maliyyə sistemindən istifadə imkanlarının məhdudlaşdırılması riski səbəbindən Avropa şirkətləri Kubadakı iştiraklarını azaltmağa üstünlük verirlər.
Sevinc Əliyeva
Ordu.az