Rusiya Təhlükəsizlik Şurası: Ermənistan qaz üçün əlavə 1 milyard dollar tapmalıdır

2026/04/1775489688.jpg
Oxunub: 178     12:08     05 İyun 2026    
“Ermənistan qaz tədarükünün təmin olunması üçün əlavə olaraq təxminən 1 milyard dollar vəsait tapmalı olacaq”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov “Vesti” informasiya xidmətinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ermənistan hazırda min kubmetr qazı 177,5 dollara alır.

“Birjalarda qiymət, daha əvvəl də qeyd etdiyimiz kimi, təxminən 600 dollardır və hətta 800 dollara qədər yüksələ bilər. Ermənistanın Rusiyadan aldığı qazın həcmi 2,3 milyard kubmetr təşkil etdiyini nəzərə alsaq, sadə hesablama ilə ölkənin əlavə olaraq təxminən 1 milyard dollar, hətta daha çox vəsait tapmalı olacağını görmək mümkündür”, - deyə Şevtsov qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin