Bakı Təşəbbüs Qrupu Amritsar hadisələrinin ildönümü ilə bağlı video paylaşıb - VİDEO

2026/06/1780642689.jpg
Oxunub: 250     10:43     05 İyun 2026    
Bakı Təşəbbüs Qrupunun sosial şəbəkə hesablarında 1984-cü il Amritsar hadisələrinin ildönümü ilə əlaqədar video paylaşılıb.

Ordu.az xatırladır ki, iyunun 3-də Bakı Dövlət Universitetində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində” adlı beynəlxalq konfrans keçirilib.

Hindistan hökumətinin repressiv və sistemli ayrıseçkilik siyasətindən əziyyət çəkən Dalit icmasının nümayəndələri ilk dəfə olaraq Azərbaycanda keçirilən tədbirə qatılıblar.

Tədbirdə Hindistan hökumətinin etnik və dini azlıqlara, xüsusilə Zikh və Dalit diasporalarının nümayəndələri və onların ailə üzvlərinə qarşı həyata keçirdiyi iddia olunan transmilli repressiya və sistemli təqib siyasətinin beynəlxalq təşkilatların gündəliyində saxlanılması məsələləri müzakirə edilib.

Konfrans çərçivəsində 1984-cü ilin iyun ayında Amritsar hadisələri zamanı Zikh icmasına və onların dini-mədəni dəyərlərinə qarşı həyata keçirilmiş hücumlar, zorakılıq aktları və insan itkiləri ilə bağlı məsələlər, həmçinin bu hadisələrə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsi və Hindistanın etnik azlıqların hüquqları ilə bağlı beynəlxalq öhdəliklərinin icrası mövzuları da müzakirə olunub.

Qeyd edək ki, 1984-cü ilin iyun ayının əvvəlində Hindistan hökuməti tərəfindən Zikh icmasının müqəddəs dini məkanlarından biri hesab edilən Amritsardakı Harmandir Sahib (Qızıl Məbəd) kompleksinə qarşı silahlı əməliyyat həyata keçirilib. Beynəlxalq qeyri-hökumət təşkilatlarının hesabatları, müstəqil mənbələr və şahid ifadələrinə istinadla həmin hadisələr nəticəsində Amritsar və ətraf ərazilərdə 8 minədək mülki şəxsin həlak olduğu qeyd edilir.


https://www.instagram.com/p/DZMYhHgte49/

https://www.youtube.com/watch?v=S6KxQC-zHQo

https://www.facebook.com/share/v/1AqSjpPGZi/

https://www.tiktok.com/@bakuinitiativegroup/video/7647789128636976391

https://x.com/bakuinitiative/status/2062777846435631586

https://www.linkedin.com/feed/update/urn:li:activity:7468544012837085184

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BTQ   Amritsar  


Bizi "telegram"da izləyin