İran parlament üzvləri Xameneyidən ABŞ-yə çata bilən qitələrarası ballistik raketlərin hazırlanmasına icazə verməsini istəyiblər

2026/05/1779389752.jpg
Oxunub: 278     11:07     05 İyun 2026    
İran parlamentinin bir qrup üzvü ölkənin ali rəhbəri Müctəba Xameneyiyə müraciət edərək qitələrarası ballistik raketlərin hazırlanmasına razılıq verməsini xahiş edib.

Ordu.az xəbər verir ki, bu barədə İranın “Asriran” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, müraciəti 85 deputat imzalayıb. Onlar Vaşinqtonun Tehranla münaqişənin sülh yolu ilə həllinə dair danışıqlarda tutduğu mövqeyə şübhə ilə yanaşdıqlarını bildiriblər.

İsrailin “The Jerusalem Post” qəzetinin yazdığına görə, ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri bu məktubu ABŞ ərazisinə çata biləcək raketlərin yaradılmasına çağırış kimi qiymətləndiriblər.

İsrailin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Yaakov Amidror nəşrə açıqlamasında bildirib ki, Vaşinqtonla aparılan danışıqlar nəticəsində əldə ediləcək əlverişli iqtisadi şərtlər Tehrana bu cür layihələrin həyata keçirilməsi üçün zəruri resurslar qazandıra bilər.

Nəşrin məlumatına görə, məktubu ABŞ ilə danışıqlara qarşı çıxan sərt mövqeli siyasətçilər də imzalayıblar. Onların arasında İranın keçmiş xarici işlər naziri Manuçehr Mottəki də var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Raket  


Bizi "telegram"da izləyin