Ordu.az-ın məlumatına görə, bu barədə "Digi24" portalı xəbər verir.
Konstansa limanı dəniz dronunun partlaması barədə məlumatla əlaqədar yüksək hazırlıq vəziyyətinə gətirilib.
***
Konstantsa (Rumıniya) limanında dəniz dronu partlayıb.
Ordu.az xəbər verir ki, bu barədə "Digi24" portalı Rumıniya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
İlkin məlumata görə, xəsarət alan yoxdur.
"İyunun 5-də Konstansanın mülki limanında, Rumıniya Dənizdə Xilasetmə Agentliyinin mənzil-qərargahı yaxınlığında aşkar edilən dəniz dronu partlayıb", - məlumatda bildirilib.
Ərazi Rumıniya kəşfiyyat xidməti, sahil mühafizəsi və Milli Müdafiə Nazirliyinin qüvvələri tərəfindən mühasirəyə alınıb. Obyekt isə həmin vaxt qiymətləndirmə və onun təhlükəsizliyinin təmin edilməsi prosesində olub.
Ordu.az