Ordu.az "Report"a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı-Qərbi Balkan ölkələri sammiti üçün Tivatda olan Çexiyanın Baş naziri Andrey Babiş jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp Hörmüzdəki problemlə məşğul olduğundan Rusiya-Ukrayna müharibəsinə vaxtı yoxdur və buna görə də kimsə liderliyi öz üzərinə götürməlidir.
"Müharibəni bitirmək üçün Avropa sülh naminə bu rolu öz üzərinə götürməlidir. Mən "Financial Times" qəzetinə verdiyim müsahibədə demişəm ki, Almaniya Kansleri Fridrix Merts liderliyi öz üzərinə götürməlidir. Bilirsiniz, keçmişdə bunu Angela Merkel edirdi, indi isə növbə onundur".
Ordu.az