Kiyevdə poçt çeşidləmə mərkəzində partlayış olub, ölən və yaralananlar var

2026/06/1780641443.jpg
Oxunub: 186     10:16     05 İyun 2026    
Kiyevin Obolon rayonunda səhər saatlarında poçt operatorunun çeşidləmə mərkəzinin ərazisində partlayış baş verib, nəticədə bir nəfər həlak olub, iki nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Partlayış bağlamalardan birinə baxış keçirilərkən baş verib.

"Hadisə nəticəsində 59 yaşlı kişi həlak olub, 37 və 41 yaşlarında daha iki nəfər isə yaralanıb", - Kiyev polisinin mətbuat xidmətinin məlumatında qeyd olunub.

Qurumun məlumatına görə, hazırda partlayışın səbəbləri araşdırılır, istintaq-əməliyyat qrupu, xilasedicilər və həkimlər hadisə yerindədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kiyev   Partlayış  


Bizi "telegram"da izləyin