“Joğovurd”: İyunun 7-də siyasi sürpriz kim olacaq?

2026/06/1780639057.jpg
Oxunub: 181     09:59     05 İyun 2026    
Ermənistanda parlament seçkiləri öncəsi seçkiqabağı təşviqat kampaniyası başa çatır və əsas diqqət parlamentə düşmək uğrunda mübarizə aparan qüvvələrə yönəlib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr yazır ki, bu gün iyunun 7-də keçiriləcək parlament seçkiləri öncəsi təşviqat kampaniyasının son günüdür. Seçki Məcəlləsinə əsasən, sabah “sükut günü” olacaq və siyasi qüvvələrə istənilən formada təşviqat aparmaq qadağan ediləcək.

“Kampaniya müddətində əsas siyasi qüvvələr artıq öz proqramlarını, vədlərini və qarşılıqlı ittihamlarını təqdim ediblər. Buna görə də seçkilərə bir gün qalmış ciddi sürprizlərin baş verməsi ehtimalı aşağı qiymətləndirilir. Politoloji dairələrdə üstünlük təşkil edən fikir ondan ibarətdir ki, seçki kampaniyası dövründə formalaşan mənzərə ümumilikdə səsvermənin nəticələrində də əksini tapacaq”, - deyə nəşr yazıb.

“Joğovurd” müxtəlif sosioloji sorğulara istinadən bildirir ki, hazırda seçki yarışında “Vətəndaş Müqaviləsi”, “Güclü Ermənistan”, “Çiçəklənən Ermənistan” və “Hayastan” siyasi qüvvələri ön sıralarda qalırlar.

Nəşrin məlumatına görə, parlamentə keçid həddini aşmaq şansı olan daha iki siyasi qüvvə də var. Bunlar Armen Tatoyan və Qurgen Simonyanın rəhbərlik etdikləri siyasi birliklərdir.

“Beləliklə, əsas seçki intriqası lider qüvvələr ətrafında deyil, parlamentə düşmək uğrunda mübarizə aparan siyasi qüvvələr ətrafında cəmlənir. Məhz buna görə də iyunun 7-də siyasi sürprizin kim olacağı maraq doğurur. Böyük ehtimalla bu şəxs Qurgen Simonyan olacaq”, - deyə qəzet qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin