Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Zəncan vilayətində SEPAH-ın ictimaiyyətlə əlaqələr idarəsinin bəyanatında ABŞ və İsrail hücumlarından qalan partlamamış sursatların aşkarlanması və neytrallaşdırılmasına yönəlmiş minatəmizləmə və zərərsizləşdirmə üzrə ixtisaslaşmış bölmələrin həyata keçirdiyi əməliyyatların bir hissəsi təsvir olunur.
Bəyanatda 9500-dən çox bombanın aşkar edilərək zərərsizləşdirildiyi bildirilir və qeyd olunur ki, onlar düşmən qırıcılarının hava bombardmanları zamanı, kaset bombalarından istifadə etməklə hava minalarının yerləşdirilməsi yolu ilə vilayətin həssas və mühüm obyektlərinə zərər vurmaq səyləri çərçivəsində atılıb.
Bəyanata görə, F-15, F-16 və F-35 qırıcılarının atdığı və LB65, LB84, LB85 və LB86 kimi müəyyənləşdirilən müxtəlif növ raket mərmiləri də həssas obyektlərə və ya kənd təsərrüfatı torpaqlarına zərbə endirərkən partlamadıqdan sonra aşkar edilərək zərərsizləşdirilib.
Sevinc Əliyeva
Ordu.az