Ordu.az xəbər verir ki, bu barədə “Daily Beast” məlumat yayıb.
Atışma və xaosdan saniyələr əvvəl Ağ Evin mətbuat katibi jurnalistlərə bildirib ki, iştirakçılar qarşısında çıxış etməli olan ABŞ prezidenti Donald Tramp çıxışa hazırdır.
“Sizə deyim ki, Donald Trampın bugünkü çıxışı klassik olacaq. Bu, əyləncəli olacaq. Bu, maraqlı olacaq”, - deyə dekret məzuniyyətinə çıxmağa hazırlaşan Livitt bildirib.
O, həmçinin qeyd edib: “Bu axşam bir neçə atəş səsi eşidiləcək. Hamı buna hazır olmalıdır. Bu, həqiqətən möhtəşəm olacaq”.
Tramp, birinci xanım Melaniya Tramp, nazirlər kabinetinin bir neçə üzvü və Ağ Evin digər yüksəkvəzifəli rəsmiləri şənbə günü Vaşinqtondakı “Washington Hilton” hotelində atışma baş verdikdən sonra Ağ Ev müxbirlərinin şam yeməyindən təcili təxliyə ediliblər. Bu, 1981-ci ildə Con Hinklinin prezident Ronald Reyqanı öldürməyə cəhd etdiyi həmin hoteldir.
Məlumatlara görə, insident zamanı Tramp fəxri tribunada Melaniya, CBS müxbiri və Ağ Ev Müxbirləri Assosiasiyasının prezidenti Veycia Tszyanın yanında oturmuşdu.
Livitt ABŞ-nin birinci xanımı Melaniya Trampın yanında oturmuşdu.
Sevinc Əliyeva
Ordu.az