ABŞ-nin İran əməliyyatlarını həyata keçirdiyi bazada yanğın baş verib

2026/04/Ekran-1777193661.jpg
Oxunub: 431     12:53     26 Aprel 2026    
Böyük Britaniyanın Qlosterşir bölgəsində yerləşən və ABŞ Hərbi Hava Qüvvələri tərəfindən İrana yönəlmiş əməliyyatlarda istifadə olunan RAF “Fairford” hərbi bazasında yanğın baş verib.

Ordu.az xəbər verir ki, Britaniyanın Qlosterşir bölgəsində yerləşən və ABŞ Hərbi Hava Qüvvələrinin İrana yönəlmiş əməliyyatlarda mərkəzi baza kimi istifadə etdiyi RAF “Fairford” hərbi bazasında aprelin 26-da böyük yanğın baş verib.

BBC-nin məlumatına görə, Qlosterşir Yanğınsöndürmə və Xilasetmə Xidməti (GFRS) kommersiya binasında başlayan yanğına müdaxilə edərkən, sıx tüstü səbəbindən ərazi sakinlərinə qapı və pəncərələrini bağlı saxlamaq barədə xəbərdarlıq edib.

Yanğının baş verdiyi RAF “Fairford” uzun uçuş-enmə zolağı sayəsində ABŞ Hərbi Hava Qüvvələrinin inventarındakı üç nəhəng strateji bombardmançı təyyarəyə (B-1, B-2 və B-52) ev sahibliyi edə bilən nadir bazalardan biridir. Britaniya hökumətinin martın 1-də qəbul etdiyi qərarla İranın raket sahələrinə qarşı “müdafiə məqsədli” hücumlar üçün ABŞ istifadəsinə açılan baza fevralın 28-də Yaxın Şərqdə başlayan toqquşmalardan etibarən əməliyyatların əsas qalxma nöqtəsi mövqeyindədir.

Etirazlar və zamanlama

BBC-nin məlumatına görə, yanğın Nüvə Silahsızlanması Kampaniyası (CND) tərəfindən təşkil olunan və təxminən 200 nəfərin qatıldığı genişmiqyaslı etirazlardan dərhal sonra baş verib. Etirazçılar Britaniya bazalarının İrana yönəlmiş hücumlarda istifadə olunmasını və bölgənin “vəkalət müharibəsi” mərkəzinə çevrilməsini etiraz etmək üçün aprelin 25-də baza qarşısında toplaşmışdılar.

Qlosterşir Polisi həftəsonu boyu davam edən etirazlar səbəbindən yerli əhalini mümkün aksamalara qarşı xəbərdar etmişdi. Yanğının səbəbi hələ rəsmi olaraq açıqlanmasa da, bazanın İran əməliyyatlarındakı açar rolu və ondan dərhal əvvəl baş verən etirazlar hadisədə qəsd və ya sabotaj ehtimalını da gündəmə gətirib. İngiltərə Müdafiə Nazirliyi və Cənub-Qərb Təcili Tibbi Yardım Xidməti yanğınla bağlı şərh sorğularına hələ cavab verməyib. Bölgədə tüstünün təxliyəsi davam edərkən, yanğının bazada yerləşdirilmiş strateji bombardmançı təyyarələrin əməliyyat qrafikinə təsir edib-etməyəcəyi maraq doğurur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Baza   Yanğın  


Bizi "telegram"da izləyin