İsrailin Müdafiə Ordusu Livanın cənubuna zərbələr endirib

2023/10/1698383687.jpg
Oxunub: 487     07:04     26 Aprel 2026    
İsrail həbçiləri Livanın cənubuna bir sıra zərbələr endirib.

Ordu.az-ın xəbərinə görə, bu barədə İsrailin Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, hücumların hədəfi "Hizbullah" qruplaşmasının hərbi infrastrukturu olub.

"İsrailin Müdafiə Ordusu siyasi rəhbərliyin təlimatlarına uyğun olaraq İsrailin mülki şəxslərinə və İsrailin Müdafiə Ordusunun hərbi quluqçularına qarşı təhdidlərə qətiyyətlə cavab verməyə davam edəcək", - hərbçilər bildirib.

Aprelin 25-də axşam İsrailin Baş naziri Binyamin Netanyahu orduya Livanda "Hizbullah"ın obyektlərinə güclü zərbələr endirməyi əmr edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin