Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bildirilib ki, vəsaitin böyük hissəsi hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə ayrılacaq, 1,5 milyard dollardan çoxu isə pilotsuz uçuş aparatlarına yönəldiləcək.
Xüsusilə beş ölkənin Ukraynanın ABŞ istehsalı silahlar əldə etdiyi PURL proqramına yeni töhfələr verəcəyi qeyd olunub.
Almaniya ən böyük paketi açıqlayıb, hava hücumundan müdafiəni gücləndirmək üçün 4 milyard dollar, Ukraynanın dərin zərbə və orta mənzilli zərbə imkanlarını inkişaf etdirmək üçün isə 600 milyon dollar ayırıb.
Böyük Britaniya ilin sonuna qədər 120 min ədədlik təhvil ilə indiyədək ən böyük pilotsuz uçuş aparatı göndərişini həyata keçirəcəyini açıqlayıb.
Avropa ölkələrindən çoxşaxəli töhfə
Norveç Ukrayna Müdafiə Qüvvələrinin briqadalarına pilotsuz uçuş aparatları təchizi üçün 560 milyon dollar, logistika imkanlarının gücləndirilməsi üçün isə 150 milyon dollar ayıracaq.
Niderland pilotsuz uçuş aparatları üçün 248 milyon avro ayırarkən, İspaniya Avropa SAFE proqramı çərçivəsində “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketləri də əhatə edən 215 milyon avroluq töhfə verəcək.
Kanada NSATU fonduna 15 milyon dollar, Çexiyanın rəhbərlik etdiyi sursat təchizi təşəbbüsünə 42 milyon dollar və kritik mühəndislik avadanlıqları üçün 17 milyon dollar töhfə verəcək.
Belçika isə Çexiya təşəbbüsünə 75 milyon avro, Almaniyanın hava hücumundan müdafiə təşəbbüsünə 75 milyon avro və pilotsuz uçuş aparatı koalisiyasına 85 milyon avro ayıracaq.
Litva Çexiya təşəbbüsünə 39 milyon dollar ayırarkən, 29 milyon dolları da PURL proqramı, zirehli texnika təchizi və hərbçilərin reabilitasiyasına dəstək üçün istifadə edəcək. Estoniya isə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək məqsədilə 13 milyon dollar töhfə verəcək.
NATO-nun baş katibi Mark Rütte Ramştayn toplantısının açılışında etdiyi açıqlamada bildirib ki, alyans ölkələri 2026-cı ildə Ukraynaya ümumilikdə 60 milyard dollarlıq hərbi yardım göstərəcək.
Sevinc Əliyeva
Ordu.az