Ordu.az xəbər verir ki, bu barədə Maqdalena Qrono "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Yenidən Bakıda olmaqdan və azərbaycanlı həmkarlarım, o cümlədən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, eləcə də xarici işlər nazirinin müavini Elnur Məmmədovla intensiv məsləhətləşmələr aparmaqdan məmnunam.
Müzakirələrimiz regional prosesləri, Aİ-Azərbaycan münasibətlərini, nəqliyyat bağlantısı sahəsindəki imkanları, Azərbaycan-Ermənistan sülh prosesini, habelə Avropa İttifaqının Azərbaycan və Ermənistanla qarşıdan gələn yüksək səviyyəli qarşılıqlı fəaliyyətini əhatə edib. Biz iki ölkə arasında davamlı sülhə gedən yolda əldə edilmiş tarixi nəticələrin dinamikasının qorunmasının vacibliyi ilə bağlı razılığa gəldik. Avropa İttifaqı bu prosesə dəstəyini davam etdirəcək", - Aİ-nin xüsusi nümayəndəsi qeyd edib.
Ordu.az