Ordu.az xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Corcia Meloni Antib şəhərində keçirilən sammitdən sonra təşkil olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Livandakı böhranlı vəziyyət fonunda İtaliya və Fransa həlledici rol oynaya bilər.
“BMT-nin Livandakı missiyasının mandatı ilin sonunda başa çatır. Biz Livana dəstək göstərmək və missiyanın başa çatmasından sonra fəaliyyət planı hazırlamaq üçün koalisiya yaratmaq qərarına gəldik”, - deyə Meloni bildirib.
Baş nazir qeyd edib ki, yaxın vaxtlarda Livandakı vəziyyətlə bağlı beynəlxalq konfransın da keçirilməsi planlaşdırılır.
O əlavə edib ki, əsas məqsəd bu mühüm regionda təhlükəsizlik təminatlarının yaradılması olacaq.
Sevinc Əliyeva
Ordu.az