Sibiqa: "Ukrayna və ABŞ münasibətlərinin ən çətin mərhələsi artıq arxadadır"

2026/01/1767974037.jpg
Oxunub: 410     14:41     17 Aprel 2026    
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Kiyev və Vaşinqtonun diplomatik xəttinin ən çətin dövrünün artıq arxada qaldığını bildirib.

Ordu.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə o Antalya Diplomatiya Forumunda bildirib.

"Münasibətlərimizin və ya diplomatik ikitərəfli xəttimizin ən çətin dövrü arxadadır. Biz bu istiqaməti lazımi şəkildə, çox praqmatik olaraq, bir-birimizin mövqelərinə hörmətlə tənzimləyə bildik və Ukraynanın həqiqətən də üstünlükləri var. Bu, reallıqdır", – Sibiqa deyib.

O, bir daha vurğulayıb ki, Ukrayna ədalətli və hərtərəfli sülhün yaxınlaşdırılması üzrə ABŞ-nin səylərini alqışlayır.

"Mənim şəxsi qiymətləndirməm ondan ibarətdir ki, ABŞ olmadan, Donald Trampın dəstəyi olmadan ədalətli və hərtərəfli sülhə nail olmaq qeyri-mümkündür. Bu, qeyri-mümkündür. Buna görə də bizə ABŞ-nin iştirakı lazımdır və biz onların sülh səylərini alqışlayırıq", – Sibiqa qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sibiqa   Ukrayna   ABŞ  


Bizi "telegram"da izləyin