Ordu.az xəbər verir ki, bu barədə Suriya Prezidenti Əhməd əl-Şaraa Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində bildirib.
“Suriya ilə Türkiyə arasında regional inteqrasiya üçün ciddi imkanlar var. Suriya Şərqlə Qərb arasında körpü rolunu oynayır. Hazırda İdlibdə Suriya-Türkiyə azad iqtisadi zonasının yaradılması istiqamətində iş aparılır. Burada sənayenin prioritet sahələri birgə inkişaf etdirilə bilər”, - deyə suriyalı lider bildirib.
Onun sözlərinə görə, İdlib belə layihə üçün Türkiyə sərhədinə yaxın olması və Dəməşq, Hələb, Latakiyaya gedən əsas magistralların burada cəmləşməsi səbəbindən ən optimal bölgədir.
Əl-Şaraa əlavə edib ki, Suriya hökuməti türk tərəfdaşlarının dəstəyi ilə hazırda ərəb respublikasının hava və dəniz infrastrukturunun yenidən qurulmasına fəal şəkildə sərmayə yatırır ki, logistika imkanlarını genişləndirsin.
Sevinc Əliyeva
Ordu.az