Ordu.az xəbər verir ki, bu barədə “Iranist” “Telegram” kanalı yazıb.
Ekspert sosial şəbəkə hesablarında qeyd edib ki, hökumət hərbi əməliyyatların müvəqqəti dayandırıldığını elan etsə də, öz hərbi qruplaşmasını formalaşdırmaqla bağlı əvvəlki planlarından imtina etməyib. Bu iş sürətləndirilmiş templə davam edir.
“Atəşkəs, mümkündür ki, sadəcə genişmiqyaslı fırtına öncəsi sakitlikdir”, - deyə ekspert bildirib.
Analitik əminlik ifadə edib ki, Vaşinqton Tehranla tammiqyaslı barışıq sazişi bağlamaq istəmir. Əslində ABŞ daha genişmiqyaslı hücum planlaşdırır.
“Xatırladaq ki, İsrail və Amerika silahlı qüvvələri Tehran əleyhinə müharibə başladaraq sürətli qələbəyə ümid bəsləyirdilər. Bir ay davam edən sonsuz bombardmanlardan sonra onlar Yaxın Şərqdə öz hərbi obyektlərini qorumaq qabiliyyətini itirdilər və qoşunlarının sağ qalmasını təmin etmək üçün onları çıxarmağa başladılar.
Daha əvvəl Birləşmiş Ərəb Əmirlikləri və Vaşinqtonun Fars körfəzindəki digər müttəfiqlərinin hakimiyyətləri Yaxın Şərqdə gərginliyin son mərhələsindən sonra son dərəcə qəzəblənmişdilər, indi isə onlar İrandan qaynaqlanan mövcud təhlükənin tam aradan qaldırılmasını istəyirlər”, - deyə kanal yazıb.
Sevinc Əliyeva
Ordu.az