Atəşkəs elan edildikdən sonra İsrail Müdafiə Ordusu “Hizbullah” obyektlərinə zərbələr endirdiyini açıqlayıb

2024/08/1724303858.jpg
Oxunub: 465     09:13     17 Aprel 2026    
İsrail ordusu İsrailin şimal bölgələrinə raket buraxılışlarından sonra Livan qruplaşması olan “Hizbullah”ın obyektlərinə zərbələr endirdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bir neçə məntəqəyə hücum edildiyi də bildirilib.

İsrail KİV-ləri “Magen David Adom” təcili yardım xidmətinə istinadən hücum zamanı qəlpə nəticəsində 25 yaşlı kişinin ağır yaralandığını yazıblar.

İsrail ordusu bu gün Qrinviç vaxtı ilə saat 21:00-da qüvvəyə minəcək atəşkəsə işarə edərək, “son inkişaflar fonunda” hərbi əməliyyatları gücləndirəcəyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin