Braziliya ordusu türk zirehli texnikaları üçün “Otokar”ı ziyarət edib

2026/04/1776371307.jpg
Oxunub: 738     00:12     17 Aprel 2026    
Türkiyə müdafiə sənayesinin zirehli quru vasitələri istehsalçılarından olan “Otokar” Braziliya ordusunun nümayəndə heyətini qəbul edib.

Ordu.az xəbər verir ki, Braziliya Quru Qoşunları komandanı ordu generalı Tomas Miqel Mine Riberio Paiva və onu müşayiət edən heyət Türkiyəyə səfəri çərçivəsində “Otokar” müəssisələrini ziyarət edib.

Heyət tırtıllı TULPAR vasitəsi, orta sinif tank və 30 millimetrlik MIZRAK qülləli Zirehli Döyüş Maşını da daxil olmaqla məhsullarla tanış olub, məlumat alıb.

TULPAR Braziliya proqramında

“Otokar” TULPAR ilə Braziliyadakı Yeni Tırtıllı Zirehli Vasitələr Ailəsi Proqramının namizədləri arasında yer alır.

Proqram çərçivəsində Braziliya ordusuna 120 millimetrlik topa qədər müxtəlif silah sistemləri inteqrasiya edilə bilən vasitələrin tədarük olunması nəzərdə tutulur.

LAAD 2025 və əməkdaşlıq görüşləri

“Otokar” aprel ayında Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Cənubi Amerikanın ən mühüm müdafiə və təhlükəsizlik sərgilərindən biri olan LAAD 2025-də iştirak etmişdi. Sərgidə adını türk mifologiyasında yer alan qanadlı atdan götürən TULPAR modul zirehli tırtıllı vasitəsini 120 millimetrlik HITFACT “MkII Leonardo” qülləsi ilə nümayiş etdirən “Otokar” tədbir müddətində dünya üzrə qəbul görən quru sistemlərindəki üstün qabiliyyətlərini tanıtmışdı. Sərgidə yerli istehsal da daxil olmaqla yeni əməkdaşlıqların inkişaf etdirilməsinə yönəlmiş görüşlər keçirilmişdi.

TULPAR-ın texniki qabiliyyətləri

TULPAR Modul Zirehli Tırtıllı Vasitəsi hərəkət qabiliyyəti, yüksək atəş gücü və beka xüsusiyyətləri ilə diqqət çəkir. 28-45 ton arasında genişlənmə potensialına malik modul dizaynı, fərqli konfiqurasiyalar üçün ortaq gövdə quruluşu və alt sistemlərdən istifadə edilməsini təmin edir.

Ən sərt iqlim şəraitində və ağır ərazi şərtlərində sınaqdan keçirilən TULPAR üstün ballistik və mina mühafizəsinə malikdir. 120 millimetrədək yüksək atəş gücü tələb edən tapşırıqlarda effektiv həllər təqdim edən TULPAR üstün hərəkət qabiliyyəti sayəsində əsas döyüş tanklarının çəkilərinə görə fəaliyyət göstərə bilmədiyi dar küçələrdə, yüngül körpülərdə və ağaclıq ərazilərdə də tapşırıq yerinə yetirə bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Braziliya   Otokar  


Bizi "telegram"da izləyin