“İran Livanda daimi atəşkəsə nail olmaq üçün fəal səylər göstərir” - Qalibaf

2026/03/1773345912.jpg
Oxunub: 524     22:12     16 Aprel 2026    
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İran İslam Respublikasının Livanda daimi atəşkəsə nail olmaq üçün fəal səylər göstərdiyini bəyan edib və iki ölkənin təhlükəsizliyi arasında ayrılmaz bağlılığı vurğulayıb.

Ordu.az xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

Qalibaf livanlı həmkarı Nəbih Berri ilə telefon danışığı zamanı mülki şəxslərin və “Hizbullah” döyüşçülərinin həlak olması ilə bağlı başsağlığı verib.

İran, o cümlədən İslamabadda bu yaxınlarda keçirilmiş görüşlər zamanı ciddi danışıqlar aparır ki, rəqibini münaqişənin bütün zonalarında daimi atəşkəs yaratmağa məcbur etsin.

“Bizim üçün Livanda atəşkəs İrandakı atəşkəs qədər vacibdir”, - deyə İran parlamentinin sədri vurğulayıb.

Qalibaf livan xalqının cəsarətini yüksək qiymətləndirib və onların müqavimətinin sarsılmazlığının qaçılmaz olaraq qələbəyə gətirib çıxaracağına əminliyini ifadə edib.

Öz növbəsində, Livan parlamentinin sədri Nəbih Berri yaranmış vəziyyətlə bağlı hesabat təqdim edib və humanitar fəlakətin miqyasını vurğulayıb.

Berrinin sözlərinə görə, İsrail ordusunun hərəkətləri Livanda 1,2 milyondan çox insanın məcburi köçkün düşməsinə səbəb olub.

Livan tərəfi təsdiqləyib ki, İsraillə hər hansı rəsmi məsləhətləşmələr istisna olunur, çünki bu, xalqın maraqlarına xidmət etmir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qalibaf   İran  


Bizi "telegram"da izləyin