Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Cənubi Qafqazdakı vəziyyət müzakirə edilib. Regionda sülh və sabitlik maraqları naminə gələcək koordinasiyaya dair qarşılıqlı niyyət təsdiqlənib", - qurumdan bildirilib.
Qeyd olunub ki, tərəflər həmçinin Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparıblar.
"2025-ci ilin avqustunda Ankoricdə keçirilmiş Rusiya-Amerika sammitinin yekunları üzrə əldə olunmuş qarşılıqlı anlaşmalar məcrasında vəziyyətin inkişafına və Ukrayna ətrafındakı münaqişənin nizamlanması perspektivlərinə dair bizim prinsipial qiymətləndirmələrimiz Türkiyə tərəfinə çatdırılıb", - məlumatda bildirilib.
Ordu.az