Səudiyyə Ərəbistanı Pakistan iqtisadiyyatına dəstəyini bir daha təsdiqləyib, Pakistan Dövlət Bankındakı mövcud 5 milyard dollarlıq depozitini artırıb və əlavə 3 milyard dollar ayırdığını elan edib.
Ordu.az xəbər verir ki, bu barədə Səudiyyə Mətbuat Agentliyi SPA məlumat yayıb.
Bu addım Krallıqla Pakistan arasında möhkəm əlaqələri və davamlı əməkdaşlığı əks etdirir, həmçinin Səudiyyə Ərəbistanının hökmdarı kral Salman bin Əbdüləziz və vəliəhd Məhəmməd bin Salman bin Əbdüləzizin göstərişlərinə uyğundur.
Bu yardım Pakistanın iqtisadi sabitliyini qorumağa və onun dəyişən qlobal iqtisadi çağırışlar qarşısında dayanıqlığını gücləndirməyə yönəlib.
Krallıq bildirib ki, bu dəstək eyni zamanda rəhbərliyinin iki ölkə arasında qardaşlıq əlaqələrini möhkəmləndirmək və Pakistanın iqtisadi artımını təşviq etmək öhdəliyinə uyğundur. Gözlənilir ki, bu da ölkə vətəndaşlarının həyatına müsbət təsir göstərəcək.
Sevinc Əliyeva
Ordu.az