Almaniya hərbi dəniz təchizat gəmilərinin inşasını 2028-ci ilə qədər təxirə salıb

2026/04/1776346477.jpg
Oxunub: 402     17:36     16 Aprel 2026    
Almaniya Hərbi Dəniz Qüvvələri üçün iki yeni təchizat gəmisinin inşasını 2025-ci ildən 2028-ci ilə qədər təxirə salınıb.

Ordu.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Yüz milyonlarla avro dəyərində olan layihə köhnəlmiş təchizat gəmilərinin əvəzlənməsi üçün nəzərdə tutulub.

Nəşrin məlumatına görə, təxirə salınma icra çətinlikləri və xərclərin artması ilə bağlıdır.

Qeyd olunur ki, bu gecikmə Almaniya Hərbi Dəniz Qüvvələrinin döyüş hazırlığına təsir göstərə və Almaniya Müdafiə Nazirliyinin rəhbərliyi üzərində təzyiqi artıra bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Gəmi  


Bizi "telegram"da izləyin