Almaniya MN casusluqla bağlı narahatlıqlara görə şəxsi cihazlardan istifadəni məhdudlaşdırıb

2025/08/1755674957.jpg
Oxunub: 349     16:43     16 Aprel 2026    
Almaniyanın Müdafiə Nazirliyi Rusiyadan və Çindən casusluqla bağlı narahatlıqlar səbəbindən baş qərargahında şəxsi mobil telefonların və digər cihazların istifadəsinə ciddi məhdudiyyətlər tətbiq edib.

Ordu.az xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.

Daxili təlimata əsasən, əməkdaşlara məxfi və ya daha yüksək səviyyəli materialların müzakirə olunduğu görüşlərə şəxsi smartfon, planşet və ağıllı saat gətirmək qadağan edilib. Buraya əməliyyat planlaşdırılması və Bundesverin döyüş hazırlığı ilə bağlı məsələlər də daxildir.

Belə görüşlərdən əvvəl cihazlar xüsusi şkaflarda saxlanılmalıdır və məhdudiyyətlər həssas sənədlərin saxlanıldığı otaqlara da şamil olunur.

Sənəddə qeyd olunur ki, Bundesver kəşfiyyat agentlikləri, xüsusilə Rusiya agentlikləri üçün prioritet hədəfdir və Çin uzunmüddətli kəşfiyyat fəaliyyəti həyata keçirir.

Sərtləşdirilmiş tədbirlər şəxsi cihazlar vasitəsilə məlumat sızması riskinə görə tətbiq olunur, çünki bu cihazlar təhlükəsizlik zəifliyi hesab edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   MN   Casusluq  


Bizi "telegram"da izləyin