KİV: ABŞ 10 ildən çox davam edən Suriyadakı hərbi mövcudluğunu başa çatdırıb

2026/04/1776343109.jpg
Oxunub: 490     16:34     16 Aprel 2026    
Birləşmiş Ştatlar on ildən artıq müddətdən sonra Suriyadakı hərbi mövcudluğunu dayandırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Clash Report” “X” sosial şəbəkəsi istifadəçisi məlumat yayıb.

Məlumata görə, son ABŞ hərbi karvanı ölkənin şimal-şərqində yerləşən “Kasrak” aviabazasını tərk edib, bundan sonra əraziyə nəzarət Suriya qüvvələrinə keçib.

ABŞ qoşunları Suriyada 2014-cü ildən İŞİD terror təşkilatına qarşı mübarizə bəhanəsi ilə yerləşdirilmişdi.

Bundan əvvəl Pentaqonun Kubaya qarşı mümkün əməliyyatlara hazırlaşmaq əmri aldığı barədə də məlumat yayılmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Suriya  


Bizi "telegram"da izləyin