ABŞ-nin maliyyə nazirliyi Fransanı Aİ-nin İrana təzyiqini gücləndirməyə çağırıb

2026/04/1776343017.jpg
Oxunub: 381     16:30     16 Aprel 2026    
ABŞ-nin maliyyə naziri Skott Bessent Fransanı İran üzərində Avropa İttifaqının kollektiv iqtisadi təzyiqini artırmaq üçün səyləri fəallaşdırmağa çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə nazirliyinin Bessent ilə Fransanın maliyyə naziri Rolan Leskyur arasında keçirilən görüşdən sonra yaydığı bəyanatda deyilir.

Qurum bildirib ki, Amerika tərəfi Parisi “İran tərəfindən gələn təhdidlərin cilovlanmasına” yönəlmiş Aİ səylərinin koordinasiyasına rəhbərlik etməyə çağırıb. Bessent həmçinin BƏƏ-nin maliyyə naziri ilə danışıqlar aparıb və hər iki tərəf Tehran üzərində “maksimum təzyiq” siyasətini davam etdirmək barədə razılığa gəlib.

Bundan əvvəl Fransanın prezidenti Emmanuel Makronun ABŞ və İran rəhbərləri ilə danışıqlar apardığı, Hörmüz boğazında sərbəst gəmiçiliyə çağırış etdiyi bildirilmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Fransa    


Bizi "telegram"da izləyin