Ordu.az xəbər verir ki, bunu rusiyalı analitik Konstantin Simonov Paşinyanın Rusiyaya səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, buna görə də erməni tərəfi göstərməyə çalışır ki, Rusiya ilə də təmaslar mövcuddur, çünki Brüssel və Vaşinqton nümayəndələri ilə əlaqələr tez-tez və intensiv xarakter daşıyır.
“Rusiya ilə bağlı isə məsələ ondan ibarətdir ki, geosiyasi qeyri-sabitlik şəraitində təmaslar qorunub saxlanılsın. Bundan əlavə, həm Avrasiya İqtisadi Birliyinə aid, həm də dəmir yolu ilə bağlı müzakirə olunacaq çoxsaylı cari məsələlər var. Hesab edirəm ki, bu istiqamətdə müzakirələr aparılacaq və bu, görüşün əsas mövzularından biri olacaq. Lakin bunun hansı nəticə ilə yekunlaşacağını demək çətindir, çünki Rusiya tərəfi bu məsələ ilə bağlı artıq bir dəfə mənfi mövqe ifadə edib. Bununla belə, bu dəfə vəziyyət bir qədər fərqlidir, çünki məsələ görüş zamanı müzakirə ediləcək. Qeyd etmək lazımdır ki, mənim fikrimcə, həmin sahədən də Rusiyanın iştirakının çıxarılması geosiyasi məsələdir, digər ölkələrin Ermənistanla əməkdaşlığı baxımından çətinlik deyil. Bu isə tam şəkildə Ermənistan Respublikasının son illərdəki xarici siyasət kursuna uyğundur”, - deyə Simonov bildirib.
O, Ermənistanın belə bir müraciətinə Rusiyanın rəsmi reaksiyasının necə olacağını deməkdə çətinlik çəkib. “Düşünürəm ki, yaxın zamanda bu aydınlaşacaq və ya bəlkə də telefon danışığı zamanı müəyyən ümumi anlaşma əldə olunub”, - deyə o qeyd edib.
Analitik hesab edir ki, bu təmasın məhz bu dövrdə təşəbbüs edilməsi təsadüfi deyil, çünki yaxın vaxtlarda Ermənistanda Qərb yönümlü tədbirlər və yüksək səviyyəli səfərlər gözlənilir.
“Bir tərəfdən İrəvan Qərblə münasibətlərini gücləndirir, digər tərəfdən isə xüsusilə iqtisadi və enerji sahələrində Moskva ilə mövcud dərin əlaqələri nəzərə almaya bilmir. Bütün bunları nəzərə alaraq, birbaşa dialoq saxlanılır, lakin İrəvanın siyasi münasibətləri Qərblə daha da yaxınlaşır. Rusiya da öz xarici siyasət məqsədlərinə malikdir, yanaşmaları da xeyli dəyişib, buna görə də hər bir məsələ müzakirə mövzusu ola bilər”, - deyə Simonov qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az