Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, Kamo Qriqoryan iki ay müddətinə həbs olunub və onunla görüşlərə məhdudiyyət tətbiq edilib.
Bir ildən artıq müddətdə axtarışda olan Kamo Qriqoryan vəkili ilə birlikdə könüllü şəkildə istintaq orqanına gəlib.
Ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 195-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndi (bir qrup şəxs tərəfindən fiziki zorakılıq tətbiq edilməsi), 297-ci maddəsinin 3-cü hissəsi (xuliqanlıq) və 335-ci maddəsinin 1-ci hissəsi (odlu silahın, onun əsas hissələrinin, döyüş sursatlarının və digər əşyaların qanunsuz dövriyyəsi) üzrə cinayət təqibi başlanılıb.
Alpər Mövludoğlu
Ordu.az