Müxalif erməni siyasi xadimin xaç oğlunu həbs ediblər

2026/06/1782126655.jpg
Oxunub: 172     15:09     22 İyun 2026    
“Güclü Ermənistan” Partiyasından deputatlığa namizəd David Qazinyanın işi üzrə onun xaç oğlu Arman Sarkisyan da həbs olunub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Məlumata görə, David Qazinyan iyunun 17-də həbs olunub.

Cinayət işi üzrə ümumilikdə səkkiz nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib. Onlardan ikisi barəsində həbs qətimkan tədbiri seçilib, üç nəfər ev dustaqlığına göndərilib.

Həbs olunan şəxslər David Qazinyan və onun xaç oğlu Arman Sarkisyandır. Arman Sarkisyan partiyanın ofis rəhbəri vəzifəsində çalışır.

Digər üç təqsirləndirilən şəxs barəsində isə azadlıqdan məhrumetmə ilə əlaqəli olmayan qətimkan tədbirləri seçilib.

Xatırladaq ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin yaydığı məlumatda “Güclü Ermənistan” Partiyasının İrəvanın Arabkir inzibati rayonundakı qərargahında məsul şəxs təyin olunmuş şəxslərin, eləcə də partiyanın deputatlığa namizədi David Qazinyanın tərəfdarları və onlarla əməkdaşlıq edən bir qrup şəxslə əvvəlcədən razılaşaraq seçicilərə seçki rüşvəti vəd etdikləri və verdikləri bildirilib.

Faktla bağlı cinayət işi başlanıb, bir neçə nəfər saxlanılıb, axtarışlar və digər istintaq hərəkətləri həyata keçirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qazinyan  


Bizi "telegram"da izləyin