Ermənistanın ədliyyə naziri Aİ nümayəndəliyinin rəhbəri ilə görüşüb

2026/06/1782126365.jpg
Oxunub: 161     15:02     22 İyun 2026    
Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Vasilis Maraqosu qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı tərəflər Ermənistan-Avropa İttifaqı arasında viza liberallaşdırılması üzrə fəaliyyət proqramının icrasında əldə olunan irəliləyişləri, məhkəmə-hüquq sistemi və Konstitusiya islahatlarının gedişini müzakirə ediblər.

“Srbuhi Qalyan həmçinin sahə üzrə bir sıra məsələlərə, o cümlədən cəzanın şərti olaraq vaxtından əvvəl başa çatdırılması, penitensiar müəssisələrdə məhkum və həbsdə olan şəxslərin say nisbətinə toxunub.

Tərəflər yaxın vaxtlarda İrəvanda keçiriləcək Ermənistan-Avropa İttifaqı İnsan Hüquqları Dialoqu və Ədliyyə, Azadlıq və Təhlükəsizlik Alt Komitəsinin iclaslarını da müzakirə ediblər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb”, - deyə məlumatd qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin