Ordu.az xəbər verir ki, Tramp bununla bağlı 2026-cı il iyunun 22-də Truth Social sosial şəbəkəsində paylaşım edib.
“O qalib gəldi və böyük fərqlə qalib gəldi”, - deyə ABŞ Prezidenti yazıb.
Beləliklə, Tramp “Just the News” portalında dərc olunmuş və paylaşımına əlavə etdiyi materiala münasibət bildirib.
Həmin materialda Abelardo de la Esprielyanın “mühafizəkar siyasətdə yeni sima” olduğu və hakim sol yönümlü “Tarixi Pakt” koalisiyasının dəstəklədiyi liberal rəqibi İvan Sepeda Kastro üzərində cüzi üstünlüyə malik olduğu qeyd olunurdu.
Bununla belə, Kolumbiyanın Milli Seçki Şurası seçkilərin rəsmi nəticələrini hələ açıqlamayıb.
Sevinc Əliyeva
Ordu.az