Paşinyanın nümayəndə heyətinin tərkibi məlum olub

2026/02/1772006838.jpg
Oxunub: 425     16:44     01 Aprel 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün işgüzar səfərlə Rusiya Federasiyasına yola düşüb və artıq Moskvaya çatıb. Onun avtomobil karvanı Kiyev şossesi ilə hərəkət edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Ermənistan hökumət nümayəndə heyətinin tərkibinə baş nazirin müavini Mher Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, xarici işlər nazirinin müavini Mnatsakan Safaryan, Ermənistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Qurqen Arsenyan, baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan, baş nazirin aparatının xarici əlaqələr idarəsinin rəisi Karen Qasparyan, hökumətin informasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Armen Xaçatryan daxildir.

Qeyd edək ki, Moskvada Baş nazir Paşinyanın Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşü keçiriləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Rusiya  


Bizi "telegram"da izləyin