Vaşinqton və Tehran Hörmüz boğazından təhlükəsiz keçid mexanizmi hazırlamaq barədə razılığa gəlib

2026/05/1780063241.jpg
Oxunub: 218     10:34     22 İyun 2026    
İsveçrənin Bürgenştok şəhərində davam edən danışıqların iştirakçıları Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin edəcək xüsusi mexanizmin yaradılması barədə qərar qəbul ediblər.

Ordu.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi məlumat verib.

İranın “Tasnim” agentliyinin yaydığı məlumata görə, diplomat tərəflərin bu istiqamətdə razılığa gəldiyini bildirib.

“Hörmüz boğazından gəmilərin təhlükəsiz hərəkətini təmin edəcək mexanizmin yaradılması barədə qərar qəbul olunub”, - deyə Bəqayi qeyd edib.

İran rəsmisi vurğulayıb ki, Tehranın mövqeyinə əsasən, yekun razılaşmanın hazırlanmasına keçidin əsas şərti bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılmasıdır.

Onun sözlərinə görə, İran nümayəndə heyəti tərəflərin üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə yerinə yetirilməsini tələb edir.

Bəqayi əlavə edib ki, bu tələblər İsrail tərəfindən atəşkəs rejiminə əməl olunmasını da əhatə edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vaşinqton   Tehran   Hörmüz  


Bizi "telegram"da izləyin