Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Moskvanın Vnukovo hava limanında onu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin qarşılayıb.
Bu gün Kremldə Baş nazir Paşinyanın Rusiya Prezidenti Vladimir Putin ilə görüşü keçiriləcək.
***
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın paytaxtı Moskvaya rəsmi səfər edib.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Ermənistanın nümayəndə heyətinin tərkibində Ermənistan Baş nazirin müavini Mqer Qriqoryan, Xarici işlər naziri Ararat Mirzoyan, XİN başçısının müavini Mnatsakan Safaryan və digər şəxslər yer alır.
Qeyd edək ki, Paşinyanın Moskvada Rusiya Prezidenti Vladimir Putinlə təkbətək formatda görüşü nəzərdə tutulub.
Alpər Mövludoğlu
Ordu.az