Erməni tarixçi: “İrana qarşı müharibə bizi daxili cəbhələrdən yayındırmamalıdır”

2026/03/1774787898.jpg
Oxunub: 389     17:37     01 Aprel 2026    
“İrana qarşı müharibə bizi daxili cəbhələrdən yayındırmamalıdır. Paşinyan erməni kilsəsinə qarşı böyük hücumunu müvəqqəti dayandırıb”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi elmlər doktoru, tarixçi Armen Ayvazyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, lakin kilsə və cəmiyyət zəifləməməli və sanki heç nə baş verməyibmiş kimi adi, sakit fəaliyyət rejiminə qayıtmamalıdır.

“Növbəti hücumlar qaçılmazdır. Bu, sadəcə zəifləyən qüvvələri yenidən toplamaq və yeni, bəlkə də daha sərt zərbələr endirmək üçün fasilədir.

Buna görə də təkcə onların qarşısını almağa hazırlaşmaq yox, həm də artıq bu gündən ilk növbədə təbliğat sahəsində, rejimi qüvvələrini asanlıqla bərpa etmək və yenidən yerləşdirmək imkanından məhrum edərək, bütün mümkün vasitələrlə ardıcıl şəkildə mövqeləri möhkəmləndirmək və əks-hücuma keçmək lazımdır.

Müharibədə necədirsə, elə də müharibədə (à la guerre comme à la guerre), o cümlədən mənəvi müharibədə də”, - deyə Ayvazyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ayvazyan   Ermənistan  


Bizi "telegram"da izləyin