Erməni siyasi şərhçi: “Cənubi Qafqaz dövlətləri də mümkün inkişafların nəticələrinin daşıyıcılarıdır”

2026/03/1774784963.jpg
Oxunub: 378     17:14     01 Aprel 2026    
“ABŞ/İsrail ittifaqının İrana qarşı başladığı müharibədən artıq üç həftədən çox vaxt keçib və indi amerikalı strateqlərin əvvəlcədən proqnozlaşdıra bilmədiyi açıq reallıqlar görünməyə başlayıb”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Qarik Keryan sosial şəbəkə hesabında yazıb.

“Birinci: Yaxın Şərqdə əvvəllər sınaqdan çıxarılmış və uğurla həyata keçirilmiş ssenari iflasa uğradı. Gəldik, raket zərbələri endirdik, rəhbərliyi məhv etdik, ölkədə hakimiyyət əleyhinə/dini/etnik/separatçı qüvvələri ayağa qaldırdıq, loyal/itaətkar hakimiyyət formalaşdırdıq və prosesi “şərəflə” başa vurduq. Bu ssenari İraqda, Liviyada həyata keçirildi, müəyyən mənada daha uzun müddət ərzində Suriyada da tətbiq olundu.

İkinci: İran raket zərbələrinə məruz qaldı, liderlərini itirdi, lakin dövlət idarəçiliyində görünməmiş çeviklik nümayiş etdirdi”, - deyə o qeyd edib.

Keryan bildirib ki, məhv edilən hərbi-siyasi rəhbərlər saniyələr içində yeniləri ilə əvəz olunur.

“Hətta hazırda İranın idarəetmə piramidasının başında kimin dayandığını demək çətindir.

Üçüncü: regiondakı bütün dövlətlər bu ağır itkilərə səbəb olan müharibəyə açıq və ya gizli şəkildə istəksiz yanaşırlar.

Dördüncü: İran üzərində qələbə ilə Tramp, ehtimal ki, Rusiya və Çinin mövqelərinə də zərbə vurmaq, onların təsir və maraq zonalarını daraltmaq istəyirdi. Bu da baş tutmur.

Beşinci: İrana qarşı müharibə aparan tərəflər iki nüvə dövlətidir. Onların hərbi imkanları qat-qat üstündür. Lakin quru əməliyyatı imkanı məhduddur, Bağdadın işğalı kimi İraq ssenarisi real görünmür. Bu amil nüvə zərbəsi ehtimalını artırır ki, bu da bütün dünyada, o cümlədən ABŞ müttəfiqləri arasında güclü antiamerikan əhval-ruhiyyə formalaşdırır.

Altıncı: İran insan və maddi baxımdan böyük itkilər verir. Bunun əksinə olaraq, rəqibi zəiflətmək üçün güclü rıçaqdan, Hörmüz boğazından olduqca effektiv istifadə edir”, - deyə Keryan vurğulayıb.

O bildirib ki, Vaşinqton bu məsələnin həlli yollarını tapa bilmir.

“Bu vəziyyətdən Rusiya, Çin və Hindistan istifadə edir, onların gəmiləri boğazdan maneəsiz keçirlər.

Və nəhayət, yeddinci: ABŞ-nin iki əsas strateji müttəfiqi olan Türkiyə və Səudiyyə Ərəbistanı kifayət qədər passiv, gözləmə mövqeyi tutublar. İranın süqutu İsrail hegemoniyasının əsasını qoya bilər ki, bu da onlar üçün arzuolunmazdır.

Bütün aspektlər üzrə Cənubi Qafqaz dövlətləri də mümkün inkişafların nəticələrinin daşıyıcılarıdır”, - deyə Keryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Keryan   Ermənistan  


Bizi "telegram"da izləyin