İşgüzar səfərlə Fransada olan Ermənistan müdafiə naziri Suren Papiyan bu gün “Fransanın Beynəlxalq Müəssisələr Hərəkatı” təşkilatında müdafiə sahəsində fəaliyyət göstərən fransız şirkətlərinin nümayəndələri ilə görüşüb.
Ordu.az xəbər verir ki, bu barədə Papiyan sosial şəbəkə hesabında yazıb.
“Görüş zamanı Ermənistan Müdafiə Nazirliyi ilə Fransanın hərbi sənaye müəssisələri arasında əməkdaşlığa dair məsələləri müzakirə etdik”, - deyə erməni nazir qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Fransa