Ordu.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Məlumata görə, həmsöhbətlər Ermənistan və Almaniya arasında ikitərəfli gündəlik məsələləri müzakirə edərək mövcud müsbət dinamikanı yüksək qiymətləndiriblər. Bu kontekstdə iqtisadiyyat və yaşıl enerji sahəsində əməkdaşlığın təşviqi və birgə proqramların həyata keçirilməsinin vacibliyi vurğulanıb.
“Görüş zamanı regional təhlükəsizlik məsələlərinə də toxunulub. Ermənistan XİN rəhbərinin müavini Robert Abisoğomonyan həmkarına sülhün daha da institusionallaşdırılmasına yönəlmiş təsdiqlənmiş addımları təqdim edib. Yaxın Şərqdə yaranmış vəziyyət ətrafında da fikir mübadiləsi aparılıb.
Həmsöhbətlər çoxtərəfli platformalarda və beynəlxalq təşkilatlarda iki ölkə arasında formalaşmış əməkdaşlığı yüksək qiymətləndirərək onun daha da genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Həmçinin bu il Ermənistanda keçiriləcək BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 17-ci konfransı ərəfəsində görülən işlər və mümkün əməkdaşlıq məsələləri müzakirə olunub. Ermənistan XİN rəhbərinin müavini Robert Abisoğomonyan konfransın təşkili ilə bağlı ölkəsinin baxışını təqdim edib və bioloji müxtəlifliklə bağlı müzakirələrdə bütün maraqlı tərəflərin tam və məzmunlu iştirakının təmin olunmasının vacibliyini vurğulayıb”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az