Çin vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

2026/03/3334-1772977929.jpg
Oxunub: 389     17:51     08 Mart 2026    
Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir.

Ordu.az xəbər verir ki, günorta saatlarından (13:30-dan 17:00-dək) indiyə kimi 5 Azərbaycan və 6 Çin vətəndaşı bu ölkədən təxliyə edilib.

Daha əvvəl Qazaxıstanın İrandakı diplomatik korpusunun üç əməkdaşının və 8 Rusiya vətəndaşının təxliyəsi həyata keçirilmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Azərbaycan  


Bizi "telegram"da izləyin