Ordu.az xəbər verir ki, bu barədə İsrailin “Ynet” xəbər agentliyi məlumat yayıb.
İsrailli analitiklər qeyd edirlər ki, bu əməliyyat əsasən simvolik xarakter daşıyır, xəbərdarlıq məqsədi güdür. Lakin İran hücumlarını gücləndirərsə, BƏƏ hərbi əməliyyatlarda daha aktiv iştirak edə bilər.
Bundan əvvəl İran Körfəz ölkələrinə, o cümlədən BƏƏ-yə qarşı 16 ballistik raket və 117 PUA buraxıb.
Əmirliklər ölkədə müharibə vəziyyətinin elan edildiyini bildirib və dövlətin və əhalinin müdafiəsinə sadiq olduqlarını vurğulayıb. Eyni zamanda münaqişədən daha güclənmiş vəziyyətdə çıxmaq və vətəndaşların təhlükəsizliyini təmin etmək niyyətində olduqlarını qeyd ediblər.
Sevinc Əliyeva
Ordu.az