Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib

2026/01/1768473609.jpg
Oxunub: 364     22:30     07 Mart 2026    
Tükiyə İrandakı müharibənin yayılmasını istəmir və bölgədəki hadisələri narahatlıq üçün səbəb sayır.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) qeyri-rəsmi iclasından sonra mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, İran qonşuları ilə yaxşı yola getməlidir: "Üçüncü ölkələrə hücum strategiyası çox səhvdir. Bu gün müharibəni (ABŞ, İsrail və İran arasında) bitirmək üçün bütün diplomatik əlaqələri davam etdiririk. Digər tərəfdən TDT Türkiyə və qardaş Azərbaycan qarşısında baş verən hücumlar zamanı güclü dəstək və həmrəylik nümayiş etdirib".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakan-Fidan   Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin