Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib.
“Hücum Naxçıvan Beynəlxalq Hava Limanını və uşaqların oxuduğu məktəbi hədəfə alıb, nəticədə günahsız mülki şəxslər yaralanıb və vacib mülki infrastruktur zərər görüb. Bu zərbələr Azərbaycanın suverenliyinin açıq şəkildə pozulması və İranın təcavüzkar davranışının lazımsız şəkildə gərginləşdirilməsidir. ABŞ bu təhdidlər qarşısında Azərbaycanla tam həmrəylik nümayiş etdirir.
Bölgədəki tərəfdaşlarımızın ərazisinə edilən hücumlar qəbuledilməzdir və bu cür hücumlara qarşı ABŞ həmin tərəfdaşlara qətiyyətli dəstək göstərəcək”, - deyə bəyanatda qeyd edilib.
Sevinc Əliyeva
Ordu.az