Tramp Baydenin səhhəti ilə bağlı araşdırma aparılmasını tapşırıb

2025/06/1749100823.jpg
Oxunub: 314     09:05     05 İyun 2025    
ABŞ prezidenti Donald Tramp ölkənin keçmiş prezidenti Co Baydenin səhhəti və köməkçilərinin sənədləri imzalamaq üçün qələmdən istifadə etməsi ilə bağlı araşdırma aparılmasına göstəriş verib.

Ordu.az-ın məlumatına görə, bu barədə Ağ Evin yaydığı memorandumun mətnində deyilib.

“Prezident Bayden uzun illər ərzində ciddi koqnitiv qabiliyyətlərinin zəifləməsindən əziyyət çəkib,” – deyə sənəddə qeyd olunub. Memorandumda bildirilib ki, siyasətçinin köməkçiləri bu vəziyyətdən istifadə edərək, mühüm sənədlərin imzalanması üçün avtomatik qələmdən sui-istifadə edə bilərdilər.

Baş prokuror sənədləri, o cümlədən əfv və memorandumları imzalamaq üçün qələmdən istifadəyə kimin icazə verdiyini araşdırmalı olacaq. İstintaq həmçinin Baydenin psixi sağlamlığı ilə bağlı məlumatı gizlətməyə cəhd edib-etmədiyini və ya keçmiş prezidentin idrak qabiliyyətinin pozulmasına dair videoları saxta elan edib-etmədiyini araşdıracaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Bayden  


Bizi "telegram"da izləyin