Ukraynanın Çerniqov vilayətinə PUA-larla hücum olub, 5 nəfər ölüb

2025/06/1749100748.jpg
Oxunub: 391     08:12     05 İyun 2025    
Rusiya hərbçilərinin Ukraynanın Çerniqov vilayətinin Priluki şəhərinə pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində bir yaşlı uşaq olmaqla azı 5 nəfər ölüb.

Ordu.az-ın xəbərinə görə, bu barədə Çerniqov vilayətinin dövlət administrasiyasının rəhbəri Vyaçeslav Çaus telegramda yazıb.

O, hücumda ən azı altı PUA-nın istifadə edildiyini qeyd edib:

“Partlayışlar yaşayış massivindəki evlərə ziyan vurub. Dağıntılar altından iki qadın və bir yaşlı uşağın cansız bədəni çıxarılıb. Hazırda altı yaralı haqqında da məlumat var, onlar yerli xəstəxanalara yerləşdirilib, bütün lazımi yardımlar göstərilir”.

Vyaçeslav Çaus əlavə edib ki, hazırda hücumların baş verdiyi ərazidə təcili xidmətlərin əməkdaşları işləyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Çerniqov   PUA  


Bizi "telegram"da izləyin