“Ramştayn” formatının 28-ci iclasında Ukraynaya hərbi dəstək qərarı verilib

2025/06/1749100329.jpg
Oxunub: 360     03:37     05 İyun 2025    
Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (“Ramştayn” formatı) iyunun 4-də Brüsseldə keçirilən 28-ci görüş Ukraynaya müttəfiqlərindən görünməmiş hərbi dəstək gətirib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

Ukrayna müdafiə naziri Rustem Umerov qeyd edib ki, Ukraynanın mühüm nəticələri var. Nazirin sözlərinə görə, 2025-ci ildə təhlükəsizlik yardımı tammiqyaslı müharibənin bütün əvvəlki illərinin rəqəmlərini üstələyəcək.

"Görüşdən sonra tərəfdaşlarımız yeni yardım paketləri və mühüm dəstək addımlarını açıqladılar", - deyə nazir bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Ramştayn  


Bizi "telegram"da izləyin